SON XƏBƏRLƏR

Güney Azərbaycanda ANA DİLİ ilə bağlı etirazlar, müxtəlif formada bəyan edilir

2021.10.20, 07:36
Güney Azərbaycanda ANA DİLİ ilə bağlı etirazlar, müxtəlif formada bəyan edilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, məktəblərin açılışına bir neçə həftə qalmış ANA DİLİndə təhsil məsələsi Güney Azərbaycanın müxtəlif kənd və şəhərlərində müzakirə olunur. Bu zəmində etiraz forması daha çox insanlar arası müzakirələrdə, bildiriş yaymaqda, divar yazmaqda və içtmai məkanlarda özünü göstərir. Təbriz, Urmu, Ərdəbil, Zəngan. Marağa, Miyana, Xoy, Sulduz və Maku kimi şəhərlərdə hələdə şəhərin müxtlif yerlərində o cümlədən avtobus dayanacaqlarında, məktəb divarlarında, telefon avtomatlarının üzərində və ... kimi yerlərdə ana dilində təhsil hüququ və milli hüquqlar tələbi əsasında şüarlar gözə çarpır. ən çox rast gəlinən şüarlar bunlardan ibarətdir: “öz dilində mədrəsə_ olmalıdır hər kəsə”, “mənim dilim ölən deyil_ başqa dilə dönən deyil”, “haray haray mən türkəm”, “yaşasın Azərbaycan”, “burası Azərbaycandır” və... . xatırladaq ki “ana dili” ifadəsinin, yas mərasimi ilə bağlı olan bildirişlərin üzərinə yazılması bir sıra milli-mədəni fəallarımızın etirazına səbəb olub. bu zəmində “savalansesi”-dən əldə etdiyimiz bir neçə şəkili diqqətinizə çatdırırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar