SON XƏBƏRLƏR

"Yenə deyirəm ki, İran nüvə silahı istehsal etməyə yetərincə urana malikdir"- Rafel Qrossi

2024.05.11, 14:39
"Yenə deyirəm ki, İran nüvə silahı istehsal etməyə yetərincə urana malikdir"- Rafel Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi İranın nüvə silahı istehsal etməyə yetərincə zənginləşdirilmiş urana malik olduğunu yenə vurğulayıb.

Gunaz.tv

Baş katib CNN kanalı ilə yeni müsahibəsində “İranın bir neçə nüvə silahı istehsal etməyə yetərincə zənginləşdirilmiş urana malik olduğu barədə etdiyiniz xəbərdarlıq yenə qüvvəsindədirmi?” sualına cavab olaraq deyib: 

“elədir, daha da çox ola bilər. Belə ki, onlar zənginləşdirməni davam etdirirlər. Lakin bu məsələ hal hazırda onların nüvə silahına malik olduqları anlamına gəlməz”.

Qrossi müsahibəsinin davamında əlavə edib: 

“İranın bizimlə əməkdaşlığı gözlənilən səviyyədə deyil. Anlaşmaların olmadığını da demək doğru deyil. 

Təsisatlarda Agentliyin təftişləri davam edir. Lakin tələb etdiyimiz səviyyədə deyil və bu barədə çatışmazlıq var”

Baş katib nüvə silahı istehsalı prosesinə də toxunub: 

“nüvə silahı istehsalının prosesləri var. Uranın zənginləşdirilməsi bunlardan biridir. 

Lakin potensial nüvə başlığına malik olmaq üçün digər vacib proseslər də həyata keçirilməlidir”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar