SON XƏBƏRLƏR

İran polisi etnik bəlucları güllələdi

2024.05.14, 11:29
İran polisi etnik bəlucları güllələdi

Mayın 13-də İran polisinin açdığı atəş nəticəsində sünni məzhəbli iki etnik bəluc həyatını itirib, 3 nəfər isə yaralanıb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində minik avtomobilinə açılan atəş nəticəsində 28 yaşlı Əsgər Qumşadzehi adlı ailə başçısdı həyatını itirib, onun həyat yoldaşı, 3 və 5 yaşlı övladları isə yaralanıb.

Bununla yanaşı Kirman əyalətinin Kəhnuc şəhərində də oxşar hadisə baş verib.

Mülki geyimli təhlükəsizlik məmurlarının atəşi nəticəsində şəxsi avtomobilində olan Səid Söhrabi adlı bəluc ölüb.

Qeyd edək ki, 2023-cü ilə olan hesabata görə, bir il ərzində hökumət məmurlarının atəşəi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar