SON XƏBƏRLƏR

Doktorantura pilləsində “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” ixtisası tədris olunacaq

2024.05.14, 13:31
Doktorantura pilləsində “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” ixtisası tədris olunacaq

“Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” Baxışının Bərpası Qərargahının sədri Mehran Səmədi magistratura və doktorantura pillələrində “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” ixtisası tədris olunacağını bildirib.

Gunaz.tv

İranın “Əl-Əmr Bil-Məruf və Əl-Nəhy Ən Əl-Münkər” (Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə) Baxışının Bərpası Qərargahının sədri Mehran Səmədi bu barədə mayın 12-də bildirib.

“Hicab və iffət məsləsi çox öəmlidir. Lakin unutmamalı olduğumuz digər sahələr də var. Həmin ixtisas üzrə dərsliklər hazırlanacaq. 

Mütəxəssis elmi heyətlərin üzvləri və bu sahəyə maraqları olanlar dərsliklərin hazırlanması üçün qərargahla əməkdaşlıq edə bilərlər”- Mehran Səmədi deyib. 

Xatırladaq ki, Quranın çoxlu surələrində qeyd olunmuş “Əl-Əmr Bil-Məruf və Əl-Nəhy Ən Əl-Münkər” ifadəsi “Yaxşılığa Əmr Edib Pislikdən Çəkindirmə” anlamındadır. 

Bu ifadə əsasən qadınlarıın azadlıqlarını məhdudlaşdırmaq üçün Allahın əmridir deyə istifadə olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar