SON XƏBƏRLƏR

Həmədanda daha bir tarixi abidə dağılmaq üzrədir

2024.06.05, 14:59
Həmədanda daha bir tarixi abidə dağılmaq üzrədir

Həmədan şəhərinin yaxınlığında, Şəvərin kəndində yerləşən və Qacarlar dövrünün memarlıq nümunələrindən olan tarixi hamam baxımsızlıq səbəbindən  tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Onların sözlərinə görə, Qacarlar dövründə Güney Azərbaycanın sayılan ailələrindən olan Qaragözlülər ailəsi tərəfindən tikilən tarixi hamam bundan öncə İranın milli əsərlər siyahısnda qeydə alınıb.

Buna baxmayaraq, abidənin təmiri və qorunması üçün hər hansı addım atılmadığına görə acınacaqlı vəziyyətə düşüb.

"2016-cı ildə burada “Ələlbədəl” adlı televiziya serialının çəkilişi zamanı tarixi aidəyə yenidən ciddi ziyan dəyib. Dəyən ziyanların aradan qaldırılması, yenidənqurma işlərinin aparılması üçün Həmədanın mədəniyyət xadimləri rəsmi qurumlara müraciət ediblər, ancaq problemin həlli ilə bağlı tədbir görülməyib",- mədəni fəalalrın məlumatında bildirilib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Həmədanda onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar