SON XƏBƏRLƏR

Urmuda azərbaycanlı namizədin seçki qərargahında qalmaqal yaşandı 

2024.06.17, 13:51
Urmuda azərbaycanlı namizədin seçki qərargahında qalmaqal yaşandı 

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində İran prezidentliyinə namizəd Məsud Pezeşkianın seçki qərargahının toplantısında qalmaqal yaşanıb.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Bildirilib ki, qalmaqal kürd qruplaşmalarına mənsub şəxslərin toplantıda kürdcə mahnılar səsləndirməsindən sonra baş verib.

Urmu Şəhər Şurasının üzvü Tomac Vəhid Əfşar buna etiraz edib və vəziyyət dəyişmədiyi üçün o toplantını tərk edib.

Qeyd edək ki, Təbrizin İran parlamentindəki millət vəkili və miliyyətcə Azərbyan türkü olan Məsud Pezeşkian Qərbi Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərində anadan olub.

Bölgəyə sonradan köçürülən qeyri-türk qruplaşmalar, Soyuqbulaq şəhərinə ərazi iddiası edir, Məsud Pezeşkianın da bu şəhərdə anadan olduğuna görə onu da özününküləşdiməyə çalışırlar.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar