SON XƏBƏRLƏR

Təbrizlilər Xaməneinin nümayəndəsini qarşılamadılar

2024.06.24, 15:05
Təbrizlilər Xaməneinin nümayəndəsini qarşılamadılar

Prezidentliyə namizəd və İran rəhbəri Əli Xaməneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili iyunun 23-də Təbrizə səfər edib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Hökumətin yerli idarələrinin səylərinə və bir neçə gün əvvəldən başlayan hazırlıqlarına baxmayaraq, Cəlilinin qarşılanma mərasimi sönük keçib.

Təbrizin "Şəhid Mədəni" hava limanına yenən Səid Cəlili Təbriz Şəhər Şurasının üzvü, onun seçki qərargahının Təbrizdəki nümayəndəsi Ruhullah Rəşidi və az sayda qrup tərəfindən qarşılanıb.

Təbrizli sosial media istifadəçiləri Cəlilidən qarşılanma mərasimini əks etdirən fotolar paylaşaraq, bunu təbrizlilərin prezident seçkilərinə reaksiyası adlandırıblar.

Bunu İranın bir sıra media orqanları, o cümlədən "Serat News"də etiraf edərək "Cəlili Təbrizdə qarşılanmadı" başlığı ilə manşetə çıxarıb.

Qeyd edək ki, azərbaycanlı namizəd Məsud Pezeşkian isə iyunun 26-da Təbrizə səfər edəcək. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar