SON XƏBƏRLƏR

Təbrizdə məhbus fəla dəstək posterləri yayıldı

2024.06.28, 09:39
Təbrizdə məhbus fəla dəstək posterləri yayıldı

Təbrizin ictimai yerlərində həbsdə olan və sağlamlığının ağırlaşdığı üçün xəstəxanaya köçürülən milli fəal, tanınmış idmançı Kərim İsmayilzadəyə dəstək elan və posterləri yayılıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən "Telegram" kanalı məlumat yayıb.

Yayılan posterlərdə Kərim İsmayılzadənin xəstəxanada qandallı fotusonun üzərində "Azadlıq, Ədalət, Milli hökumət", "Azərbaycanın milli və mədəni qəhrəmanı azad edilsin!",- şüarları yazılıb.

Qeyd edək ki, "insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək"də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü yaşamaq üçün Təbriz həbsxanasına köçürülüb.

Bir neçə xəstəlikdən əziyyət çəkən fəal iyunun 25-də mədə qanaxması diaqnozu ilə polis nəzarətində xəstəxanaya köçürülüb. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar