SON XƏBƏRLƏR

Milli fəal prokurorluğa çağırılıb

2024.07.09, 09:15
Milli fəal prokurorluğa çağırılıb

Təbrizdə yaşayan milli-mədəni fəal Əmir Bədri prokurorluğa çağırılıb.

Gunaz.tv

Bu barədə yerli sosial media kanalları məlumat yayıb.

İyulun 8-də İran Ədliyyə Sisteminin elektron poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Əmir Bədridən 5 gün ərzində Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsində olması istənilib,- məlumatda deyilir.

Çağırış vərəqəsində mədəni fəalın "hökumətə qarşı təbliğat"da günahlandırıldığı qeyd olunub.

Əmir Bədri Təbriz Universitetinin metallurgiya ixtisasında təhsil alıb və təhsil zamanı tələbə hərəkatının fəallarından olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar