SON XƏBƏRLƏR

İranlı hakerlər ABŞ rəsmilərinin hesablarına hücum ediblər

2024.08.24, 13:42
İranlı hakerlər ABŞ rəsmilərinin hesablarına hücum ediblər

Meta şirkəti Co Bayden və Donald Tramp administrasiyasına məxsus ABŞ rəsmilərinin "WhatsApp" hesablarını sındırmaq cəhdlərini aşkarladığını açıqlayıb.

Gunaz.tv

Bu barədə Meta şirkətinin media hesabında məlumat yayılıb.

Meta,bir neçə həftə əvvəl üzə çıxan İranla əlaqəli haker qrupunu Trampın kampaniyasına xələl gətirməkdə ittiham edib.

Şirkətin dediyinə görə, haker hücumları İran daxilindəki bir kəşfiyyat agentliyi ilə əlaqəli olduğu güman edilən və qurbanların mobil telefonlarına casus proqramlar yerləşdirməklə tanınan APT42 haker qrupuna aiddir.

Bu proqram səssizcə zəngləri yaza, mətn mesajlarını oğurlaya və kamera və mikrofonları işə sala bilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar