SON XƏBƏRLƏR

Urmu gölünün son durumu barədə məlumat açıqlandı

2024.10.19, 12:53
Urmu gölünün son durumu barədə məlumat açıqlandı

Qərbi Azərbacan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmedianın ötən həftəki iddialarına baxmayaraq, Urmu gölünün məhv olma prosesi davam edir.

Gunaz.tv

Bu barədə yerli ekofəalların glün oktyabrın 18-ə olan paylaşımlarında bildirilib.

Onların dediyinə görə, Urmu gölünün su həcmi sentyabr ayı ilə müqayisədə daha da azalıb.

Ətraf mühit fəalı Möhsün Qasid ekoloji problemlə ağlı paylaşımında İran Energitika Nazirliyini də günahlandırıb.

"Ötən aya nisbətən Urmu gölünün durumu dahada pisləşib, bundan əvvəl cüzi su ilə örtülü olan ərazilər indi şoranlığa çevrilib. Yaz aylarında mövsümi yağışlardan sonra göldə su həcmi nisbi şəkldə artsa da, Energitika Nazirliyi bunun davamlı olması üçün əməkdaşlıq etmədi, gölün illik su payının bəndlərdən buraxılmasına razılıq vermədi",- Qasid bildirib.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda göldə olan su həcmi 1 milyard kubmetr civarındadır və ekoloqlar bunu gölün tamamilə quruması kimi dəyərləndirirlər.

Əlaqədar dövlət qurumları isə gölün bərpası ilə verilən vədlərə əməl etmir, ekoloji problemin payız və qış aylarındakı yağıntılar hesabına müvəqqəti şəkildə həll olmasını gözləyirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar