SON XƏBƏRLƏR

440 vəkil Rza Fəqihi barəsində çıxarılan hökmə etiraz edib

2024.11.17, 11:21
440 vəkil Rza Fəqihi barəsində çıxarılan hökmə etiraz edib

440 vəkil İran Ədliyyəsinin başçısı Mohsen Ejeiyə göndərdikləri məktubda Rza Fəqihi barəsində çıxarılan hökmə etiraz edib, həmin qərarın yanlış olduğunu bildiriblər.

Gunaz.tv

"Hökumətlər vəkillərə lazımsız müdaxilələr, hədə-qorxular etməməli, onların peşə fəaliyyətlərin normal yerinə yetirmək üçün imkan yaratmalıdırlar" - deyə məktubda bildirilib.

Qeyd edək ki, Rza Fəqihiyə 5 il həbslə yanaşı, 2 il ölkədən çıxma qadağası və 2 il siyasi partiyalara üzv olma qadağası cəzası verilib.

Rza Fəqihi əslən Ərdəbil əyalətinin Hir şəhərindəndir və indiyə qədər bir çox Güney Azərbaycanı milli fəalın vəkili kimi fəaliyyət göstərib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar