SON XƏBƏRLƏR

Salmasda torpaq çökməsi təhlükəsi artdı

2024.12.13, 16:13
Salmasda torpaq çökməsi təhlükəsi artdı

Qərbi Azərbaycan əyalətinin Salmas bölgəsində torpaq çökməsi təhlükəsi artıb və hazırda bölgənin 140 kvadrat kilometr sahəsi bu ekoloji problemlə üzləşib.

Gunaz.tv

Bu barədə Selmasın Təbii Sərvətlər və Su Hövzəsi İdarəsinin başçısı Lida Fərməneş deyib.

O, torpaq çökməsi təhlükəsinin Urmu, Xoy və Salmas rayonlarında qeydə alındığını, bu təhlükənin Salmasda daha ciddi olduğu barədə xəbərdarlıq edib.

"Salmas düzündən Şərqi Azərbaycana əyalətinə qədər 140 kvadrat kilometr ərazi torpaq çökməsinə məruz qalıb və bu rayonun Ləkistan bölgəsində daha şidətlidir",- Fərməneş bildirib.

Bir müddət əvvəl İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi, yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmu çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə açıqlama yayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar