SON XƏBƏRLƏR

Amerika və Britaniya birgə Sanada Husilərin hərbi mərkəzlərinə hücum edib

2024.12.28, 11:35
Amerika və Britaniya birgə Sanada Husilərin hərbi mərkəzlərinə hücum edib

Dekabrın 27-də axşam Husi mediası ABŞ və Böyük Britaniyanın Sənadakı hərbi mərkəzlərə hücumlar etdiyini bildirib.

Gunaz.tv

Xəbərə görə, hava hücumları zamanı keçmiş 1-ci diviziyanın Sənadakı qərargahı bombalanıb.

Əlavə olaraq, Yəməndəki “Əl-Ərəbiyyə” müxbiri, Sənada güclü partlayış səslərinin eşidildiyini, husilərin silah emalatxanalarına, mərkəzdəki keçmiş 1-ci Zirehli Diviziyanın qərargahına qarşı hava hücumları həyata keçirildiyini xəbər verib.

Bundan başqa, Yəmənin paytaxtı Sənadakı Beynəlxalq Hava Limanı, "Əs-Sianeh" kazarmaları və rəsmi televiziya mərkəzinin ətrafı da bombalanıb.

İsrail, ABŞ və Böyük Britaniya tərəfindən təkrarlanan bu hücumlar Husilərin İsrailə raket və pilotsuz təyyarə hücumlarına, həmçinin, silahlı qrupun Qırmızı dənizdəki gəmiçilik fəaliyyətinə törətdiyi təhdidlərə cavab olaraq həyata keçirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar