SON XƏBƏRLƏR

Təbriz və Urmuda təqaüdçülər etiraz aksiyası keçirdi

2024.12.31, 11:23
Təbriz və Urmuda təqaüdçülər etiraz aksiyası keçirdi

Güney Azərbaycanın Urmu və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Dekabrın 30-da keçirilən aksiya barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Onlar "etiraz aksiyası keçirmək haqqımızdır", "haqqımızı almayınca susmayacayıq" və başqa şüarlar səsləndiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Azərbaycan şəhərləri ilə yanaşı eyni tələblərlə İranın başqa 7 əyalətində də etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar