SON XƏBƏRLƏR

Bütün əngəlləmələrə baxmayaraq, Traxtur Futbol Premyer Liqasının birinci yarımmövsümünü birinciliklə başa vurub

2025.01.03, 10:45
Bütün əngəlləmələrə baxmayaraq, Traxtur Futbol Premyer Liqasının birinci yarımmövsümünü birinciliklə başa vurub

İran Futbol Federasiyasının , iranlı hakimlərin və Fars dilli mediaların “Traxtur” komandasına qarşı ədalətsiz yanaşmasına baxmayaraq, Azərbaycanın layiqli təmsilçisi ölkənin birinci futbol liqasının birinci yarısını birinciliklə başa vurub.

Gunaz.tv

Dünən Təbrizin Səhənd Stadionunda İstiqlal Əhvazı 3-0 hesabı ilə məğlub edən "Traxtur" 32 xal və Sepahandan daha yaxşı top fərqi ilə Premyer Liqanın ilk yarı mövsümünün qalibi adını qazanıb.

Sepahan komandası 32 xal və daha az top fərqi ilə ikinci, Persepolis komandası isə 29 xalla üçüncü pillədə qərarlaşıb.

Dünənki oyunda Traxtorun xanım azarkeşləri də stadionda olub və oyunun sonuna qədər Traxtoru coşqu ilə alqışlayıblar.

Oyunun sonunda Traxtur azarkeşləri yarımmövsüm çempionluğunu qeyd ediblər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar