SON XƏBƏRLƏR

Cabbar Bağçabanın qızı : Arzum bir gün doğma şəhərim Təbrizə qayıtmaqdır

2025.01.03, 11:43
Cabbar Bağçabanın qızı : Arzum bir gün doğma şəhərim Təbrizə qayıtmaqdır

Təbrizin meri Yaqub Huşyar Tehranda İranda ilk uşaq bağçasının və ilk karlar üçün xüsusi məktəbin təsisçisi Cabbar Bağçabanın qızı Səminə Bağçebanla görüşüb.

Gunaz.tv

Təbrizin meri Səminə Bağçebanla görüşməkdən məmnunluğunu ifadə edib:

“Mən sizin Tehranda olduğunuzu eşidən kimi sizinlə görüşə gəlməyi özümə borc bildim. Siz və əziz atanız Cabbar Bağçaban təkcə Təbrizin deyil, İranın, hətta dünyanın tarixində xüsusi yer tutursunuz. Atanız karlar üçün ilk xüsusi məktəb yaratmaqla cəmiyyətin bu təbəqəsinin təhsilində inqilab yaratdı və Təbrizin adını dünya arenasında yüksəltdi. Bu şərəf Təbrizin adının üstündə həmişə qalacaq”. - deyə Yaqub Huşyar bildirib.

Türk ədəbiyyatının onun üçün hər zaman xüsusi və cəlbedici mənalar daşıdığını deyən Səminə Bağçaban görüş zamanı türkcə şeir söyləyib.

Qeyd edək ki, ötən həftə yazıçı Səminə Bağçabanın qızı Məryəm Bağçaban “Etemad” qəzetinə müsahibə verib, müsahibəsində o, “Kirayə haqqını ödəyə bilmədiyi üçün, təxminən 100 yaşlı anası ilə birlikdə, Tehranı tərk etməli olduğunu bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar