SON XƏBƏRLƏR

Həmədanda həkim çatışmazlığı yaşanır

2025.01.11, 11:00
Həmədanda həkim çatışmazlığı yaşanır

İranın səhiyyə sistemində işçi qüvvəsi böhranının davam etməsi ilə eyni vaxtda Güney Azərbaycanın Həmədan əyalətində də 48 tibbi sahədə həkim və mütəxəssis çatışmazlığı barədə xəbərdarlıq edilib.

Gunaz.tv

Bu barədə Həmədan Tibb Elmləri Universitetinin rektoru B'hruz Karxaneyi məlumat yayıb.

O. Həmədan əyalətində həkim və tibb işçilərinin sayına görəın ölkə üzrə göstəricilərdən iki dəfə az olduğunu bildirib.

Bununla eyni vaxtda İranın "Etimad" qəzeti həkim çatışmazlığı ilə bağlı yaydığı məlumatda qarşıdakı 3 il ərzində problemin dahada şiddətlənəcəyi barədə xəbərdarlq edib.

Qeyd edək ki, bir müddət əvvəl İran Səhiyyə Nazirliyinin rəsmisi Əli Cəfərian da oxşar bəyanat səsləndirib.

"Ölkədə həkim çatışmazlığına görə xəstələrin müalicəsi problemə çevrilib və belə davam edərsə 7-8 ildən sonra xəstələri müalicə üçün xarici ölkələrə göndərmək məcburiyyətində qalacağıq",- o deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar