SON XƏBƏRLƏR

Həmədanda dəm qazından ölənlərin sayı artıb

2025.01.18, 10:03
Həmədanda dəm qazından ölənlərin sayı artıb

Son payız fəslinin əvvəlindən bu günə kimi Həmədan əyalətində 188 nəfər dəm qazından zəhərlənib və onlardan 26-ı həyatını itirib.

Gunaz.tv

Bu barədə əyalətin Təcili Yardım Mərkəzinin başçısı Məhəmmədrza Şükuhi məlumat yayıb.

O, ötən ilin eyni müddətində zəhərlənənlərin sayının 136 nəfər olduğunu və bu il dəm qazaından zəhərlənənlərin sayının artdığını bildirib.

Qeyd edək ki, İran üzrə də dəm qazından zəhərlənənlərin sayı artıb və son 3 ay ərzində 3247 nəfər dəm qazdan zəhərlənib, onlardan 175-i həlak olub.

Zəhərlənmələrin istilik sistemlərinin nasazlığı və qaz sızması nəticəsində baş verdiyini qeyd edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar