SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Qubernatoru Türkiyə ilə münasibətlərin inkişafındakı maneələrin aradan qaldırılmasına çağırır

2025.01.28, 11:44
Qərbi Azərbaycan Qubernatoru Türkiyə ilə münasibətlərin inkişafındakı maneələrin aradan qaldırılmasına çağırır

Qərbi Azərbaycan valisi Rza Rəhmani əyalətlə Türkiyə arasında əlaqələrin inkişafı yolunda maneələrin aradan qaldırılmasına çağırıb.

Gunaz.tv

Qərbi Azərbaycan valisi İranın Türkiyəyə səfər edən nümayəndə heyətinin bu yaxınlarda keçirdiyi birgə iclasda iki ölkə prezidentinin qarşıya qoyduğu məqsədlərə nail olmağın vacibliyini vurğulayaraq, ticarət, yollar və şəhərsalma məsələlərini diqqət mərkəzində saxlayıb.

Rza Rəhmani əlavə edib: Qərbi Azərbaycan Türkiyə ilə həmsərhəd olan yeganə vilayət olaraq müştərək əməkdaşlıq sahələrinin yaradılması üçün müxtəlif proqramlar həyata keçirir və ümid edirik ki, ticarət əlaqələrimiz günü-gündən yaxşılaşacaq.

O əlavə edib: İran və Türkiyə arasında nəqliyyat marşrutlarının təkmilləşdirilməsi və inkişafı, dəmir yolu nəqliyyatının inkişafı, sərhəd terminalları və müştərək bazarların inkişafı Qərbi Azərbaycanda ciddi şəkildə araşdırılan məsələlərdəndir.

Qeyd edək ki, Qərbi Azərbaycan ölkənin Avropaya açılan qapısı hesab edilir, lakin İran hökumətinin anti-Türk siyasəti nəticəsində bu vilayət nəinki strateji mövqeyindən yararlana bilməyib, hətta ölkənin ən yoxsul bölgələrindən birinə çevrilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar