SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda erkən nikahların sayı artıb

2025.01.29, 13:19
Şərqi Azərbaycanda erkən nikahların sayı artıb

İranın əlaqədar qurumları son illər yetkinlik yaşına çatmayanların evləndirlməsi ilə bağlı rəsmi hesabat verməsə də, bu halın Şərqi Azərbaycan əyalətində artdığı barədə məlumatlar yayılıb.

Gunaz.tv

Bununla bağlı uşaq hüquqları sahəsində fəaliyyət göstərən "childrightsjournal" qurumunun saytı məlumat yayıb.

Məlumata görə, Şərqi Azərbaycan əyaləti yetkinlik yaşına çatmayanların məcburi evləndirilməsinə görə, Rəzəvi Xorasan əyalətindən sonra ölkə üzrə ikinci yeri tutub.

Həmin hesabata əsasən, etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyaləti isə bu sahədə 3-cü, ərəblərin kompakt yaşadığı Xuzistan əyaləti isə 4-cü yerdə qərarlaşıb.

"Şərqi Azərbaycan əyalətinin daxilində isə Məlikan (Məlikkəndi), Bostanabad (Ocan), Sarab və Çaroymaq kimi şəhərlərdə erkən nikahlar daha geniş yayılıb. Erkən nikahların boşanma ilə nəticələnmə faizi isə Vərziqan, Məlikan, Sarab, Xudafərin, Kəleybər və Həştrud şəhərlərində daha yüksəkdir",- məlumatda vurğulanıb.

Qeyd edək ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin 2022-ci ilə olan statistik hesabatına görə, həmin il yüksək riskli yaş qrupuna aid 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə dünyaya gətirilib.

Onlardan 1474-ü 10-14 yaş arası azyaşlı analar tərəfindən doğulub.

Xatırladaq ki, İran 1994-cü ilin martında Uşaq Hüquqları Konvensiyasına qoşulub. Erkən nikahlar İranın qoşulduğu bu konvensiyanın müddəalarına ziddir. Konvensiya yaşı 18-dən az olan hər bir şəxsi uşaq hesab edir və onların hüquqlarının qorunmasını zəruri sayır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar