SON XƏBƏRLƏR

Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb

2025.01.30, 13:05
Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb

“Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb”

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bunu İsrailin keçmiş baş Aşkenazi ravvini İsrail Meir Lau deyib.

Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Beynəlxalq Holokost qurbanlarının anım günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq kimi dəvət olunub.

İsrail Lau çıxışında Osvensimdə sağ qalma hekayəsini danışaraq, yeddi yaşında hər iki valideynini itirdiyini qeyd edib:

“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni qeyd etmək istəyirəm: Bu, yəhudi xalqı və İsraillə sıx əlaqələr saxlayan, əksəriyyəti müsəlman olan Azərbaycandır. Azərbaycan bu gün İsraillə şərə qarşı mübarizədə çiyin-çiyinə dayanıb”.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar