SON XƏBƏRLƏR

Millət vəkili də "Perspolis"çilərin təhqirlərinə reaksiya verdi - Utanmalı haldı

2025.01.31, 15:39
Millət vəkili də "Perspolis"çilərin təhqirlərinə reaksiya verdi - Utanmalı haldı

Mən özüm də "Azadi" stadionunda idim və orada səsləndirilən şüarlara, təhqirlərə görə çox təəssüf edirəm.

Gunaz.tv

Bu sözləri Təbrizdən İran parlamentinə təyin olunan Ruhullah Mütəfəkkir Azad deyib.

"Bu hərəkətlər, irqi şüarlar və təhqiredici ifadələr özünü "mədəniyyət və idman klubu" adlandıran bir quruma yaraşmır",- o qeyd edib.

Mütəfəkkir Azad məsələ ilə bağlı idman nazirinə məktub yazdığını və səbəbkarların cəzalandırılmasını istədiyini söyləyib.

O, səsləndirilən şüarların ölkədə nifaq salmağa və etnik zəmində qarşıdurma yaratmağa xidmət etdiyini bildirib.

Millət vəkil təbrizlilərin etirazlarından və onun türklərə qarşı təhqirlərə reaksiya verməməsini tənqid etmələrindən sonra bu bəyanatı səsləndirib.

Qeyd edək ki, Təbrizin "Traxtur" komandası ilə Tehranın "Perspolis" komandası yanvarın 26-da yerli vaxtla saat 15:00-da Tehranın "Azadi" stadionunda qarşılaşıblar.

Gərgin şəraitdə keçən oyun zamanı tehranlı azarkeşlər davamlı olaraq "Traxtur" komandasının oyunçuları və azərbaycanlılara qarşı təhqiramiz və irqçi şüarlar səsləndiriblər.

Onlar meydana yad cisimlər atıb, Təbriz təmsilçisinin tərəfdarlarına hücum ediblər və nəticədə 33 nəfər yaralanıb.

"Traxtur" Klubu hadisə ilə bağlı İran Futbol Federasiyasına və məhkəməyə şikayət edib.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar