SON XƏBƏRLƏR

İran İnsan Haqları Kampaniyası İranda etnik azlıqlara qarşı repressiyalara qarşı durmağa çağırır

2025.02.02, 13:42
İran İnsan Haqları Kampaniyası İranda etnik azlıqlara qarşı repressiyalara qarşı durmağa çağırır

İranda türk, ərəb, bəluc və kürd vətəndaşlarına və fəallarına qarşı yeni genişmiqyaslı repressiya dalğasından sonra İran İnsan Haqları Kampaniyası Birləşmiş Millətlər Təşkilatını və insan haqlarına sadiq olan ölkələri İran hökumətinə təzyiq göstərməyə çağırıb.

Gunaz.tv

Əhvazda ən azı 69-nun şəxsiyyəti müəyyən edilmiş bir sıra mülki, mədəni və ətraf mühit fəallarının həbs edilməsinə və təhlükəsizlik idarəsinə çağırılmasına toxunan bu insan haqları təşkilatı hökumətin məqsədinin etirazların formalaşmasının və yayılmasının qarşısını almaq olduğunu bildirib.

İran İnsan Haqları Kampaniyası həmçinin İran hökumətinin azərbaycanlı vətəndaş cəmiyyəti fəallarını hədəf almasına işarə edərək əlavə edib: “Cəmi 10 gün ərzində, 2025-ci il yanvarın 11-dən yanvarın 22-dək Təbrizdə 12 azərbaycanlı türk fəalı dindirilib.”

Bəluclara qarşı edilən təqiblərlə bağlı İran İnsan Haqları Kampaniyası Bəluc Fəalları Kampaniyasına istinad edərək qeyd edib ki, 2024-cü ildə "5 qadın və 30 yeniyetmə olmaqla ən azı 400 Bəluc vətəndaşı İslam Respublikasının hərbi agentləri tərəfindən həbs edilib. Bu il ən azı 101 Bəluc məhbusu da edam edilib,

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar