SON XƏBƏRLƏR

Mühacirani Trampın İranla bağlı fərmanına reaksiya verdi

2025.02.05, 14:36
Mühacirani Trampın İranla bağlı fərmanına reaksiya verdi

"İranın xarici siyasəti ləyaqət, müdriklik və maraqla idarə olunur" bu sözləri İran hökumətinin sözçüsü Fatimə Mühacirani Trampın fikirlərinə reaksiya olaraq deyib.

Gunaz.tv

Fatimə Mühacirani mətbuat konfransında Trampın iranlı həmkarı ilə danışıqlara hazır olduğunu bildirməsinə münasibət bildirib:

“Bizim xarici siyasətimiz həmişə aşağıdakı prinsiplərə əsaslanıb: ölkəmiz və xalqımız maraqlarına, ləyaqətinə xidmət etmək." - deyə Mühacirani bildirib.

Qeyd edək ki, Çərşənbə axşamı Tramp İrana qarşı “maksimum təzyiq” kampaniyasını bərpa etdiyini açıqlayıb və eyni zamanda o, əlavə edib ki, İranla razılaşmaya açıqdır və prezident Məsud Pezeşkianla danışmağa hazırdır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar