Məhərrəm Məhəmmədzadə bu barədə İnstaqram hesabında paylaşım edib:
"Təbriz Milli və Azad Universiteti hər birinin cibində bir bağlama dollar olan və bu torpağın suyu, şöhrəti və subsidiyaları ilə yaşayan iraqlı tələbələr ilə doludur və onların başlarında nə fikirlər olduğunu bir Allah bilir. Azərbaycan gələcəkdə iraqlılar üçün kurort zonamı olacaq?" - deyə o öz paylaşımında bildirib.
Son bir neçə gün ərzində Azərbaycan vətəndaşları bildiriblər ki, son aylar iraqlı sərmayəçilər və bu ölkə vətəndaşları Təbriz şəhərinin müxtəlif yerlərində şübhəli şəkildə məskunlaşıb, torpaq və mağazalar alırlar. Məlumatlı mənbələrin bildirdiyinə görə, banklar, bələdiyyə və Təbriz hökumət idarəsi də bu işlərdə həmin şəxslərlə çox yaxından əməkdaşlıq edir və onlara çoxsaylı imkanlar yaradır.
Qeyd edək ki, İran rejimi illərdir sistematik olaraq başqa xalqları Azərbaycana köçürməklə Azərbaycanın demoqrafik tərkibini dəyişməyə çalışır.
Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında Təbrizli məşhur jurnalist Aydın Təbrizi “Culfa; Yerli olmayan Mədəniyyətlərin Təsiri Qarşısında Türk Kimliyinin Zəifləməsi” adı ilə geniş araşdırma dərc etmişdi. O, bu tarixi Azərbaycan şəhərinin dəyişən demoqrafik tərkibini və şəhərin sistemli şəkildə kürdləşdirilməsini üzə çıxarmışdı.
C