SON XƏBƏRLƏR

İran inqilabının ildönümü- Bir neçə ölkədə etiraz akiyası keçirildi

2025.02.10, 12:29
İran inqilabının ildönümü- Bir neçə ölkədə etiraz akiyası keçirildi

İran inqilaının ildönümü ilə eyni vaxtda xarici ölkələrdə yaşayan mühacir iranlılar etiraz aksiyaları keçiriblər.

Gunaz.tv

Aksiyalar Danimarka, İsveç, Belçika, Fransa və Almaniyanın paytaxtlarında keçirilib.

İran səfirlikləri, konsullqları və şəhərlərin mərkəzi meydanlarına toplaşan etirazçılar Tehranhökuməti əleyhinə şüarlar səsləndiriblər.

Əllərində müxtəlif məzmunlu etiraz plakatları qaldıran iranlılar, 46 illik molla hakimiyyəti dövründə hər gün artan repressiya və edamlara diqqət çəkib, beynəlxalq ictimaiyyəti bunun qarşısını almağa çağırıblar.

Bununla eyni vaxtda fevralın 9-u gecə saatlarında Tehran başda olmaqla İranın bir neçə şəhərində də, vətəndaşlar balkonlar və evlərinin damlarına çıxaraq "ölüm olsun diktatora", "ölüm olsun Xaməneiyə" şüarları səsləndiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar