SON XƏBƏRLƏR

Urmu gölü adlı fəlakətin son görüntüsü

2025.02.10, 19:25
Urmu gölü adlı fəlakətin son görüntüsü

Urmu Gölü'nün istilik dərəcəsi, gölün şərqinə doğru yağıntıların keçməsini effektiv şəkildə maneə törədir.

Gunaz.tv

Çox vaxt gölün dörd tərəfi, gölün üzərindəki istilik cismi səbəbindən yağıntılardan məhrum olur.

Əvvəlki dövrlərdə, ekoloji mütəxəssis Əhməd Baybordi, Urmu Gölü ilə bağlı vəziyyəti açıqlayaraq bildirmişdi ki, qonşu hövzələrdən milyardlarca kubmetr suyun köçürülməsi belə, gölün davamlı bərpasına səbəb ola bilməz. Bunun üçün daha geniş proqramların həyata keçirilməsi, məsələn, buxarlanmanın idarə edilməsi və bölgədəki becərmə modelinin dəyişdirilməsi tələb olunur.

Çoxlu tənqid edilən məsələlərdən biri də, gölün üzərindəki keçid yoludur. Mütəxəssislər, bu yolun suyun axışını və gölün ekosistemini çox mənfi şəkildə təsir etdiyini bildirirlər.

Dəqiq və uzunmüddətli planlaşdırma olmadan, bu dəyərli ekosistemin normal şəraitə qayıtması üçün ümidlər yoxdur.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar