SON XƏBƏRLƏR

"The Wall Street Journal" İsrailin İrandakı nüvə obyektlərinə hücum ehtimalı barədə məlumat yayıb.

2025.02.13, 11:11
"The Wall Street Journal" İsrailin İrandakı nüvə obyektlərinə hücum ehtimalı barədə məlumat yayıb.

Amerika kəşfiyyat agentliklərinin qiymətləndirməsi göstərir ki, İsrail bu il İrandakı nüvə obyektlərinə genişmiqyaslı hücumları nəzərdən keçirir.

Gunaz.tv

Xəbərə görə, bu hərəkət İslam Respublikasının zəifliyindən istifadə etmək və ölkənin nüvə proqramının irəliləyişinin qarşısını almaq məqsədi ilə həyata keçiriləcək.

"Washington Post"un müxbiri Con Hudson da Amerika hökumətinin kəşfiyyat hesabatını təsvir edən sosial media paylaşımında yazıb ki, hesabatda İsrailin bu ilin “ilk altı ayında” “Natanz və Fordo nüvə obyektlərinə” hücum edəcəyi barədə xəbərdarlıq edilib.

İranın ciddi şəkildə qorunan nüvə obyektlərinə hücumun mürəkkəbliyini nəzərə alaraq, Amerika hərbi rəsmiləri hesab edirlər ki, İsrailin Amerika ordusu və silah dəstəyinə ehtiyacı olacaq.

Qeyd edək ki, Ağ Evin sözçüsü Carolyn Leavitt bir müddət əvvəl vurğulayıb ki, Amerika prezidenti heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

İran isə Vaşinqtonun əsas narahatlığının İranın nüvə proqramı olacağı təqdirdə bu məsələnin həll oluna biləcəyini vurğulayaraq, Amerika ilə danışıqlara hazır olduğuna dair siqnallar verib. Bununla belə, Amerika kəşfiyyatı ötən ilin dekabrında İran hökumətinin nüvə silahı istehsalına doğru hərəkət edə biləcəyi barədə xəbərdarlıq etmişdi.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar