SON XƏBƏRLƏR

KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini Amerikaya verməyib

2025.02.15, 12:15
KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini Amerikaya verməyib

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikaya ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib.

Gunaz.tv

Bu barədə “Washington Post”un (WP) köşə yazarı Coş Roqin X-də yazıb.

“Münhendəki bir neçə qanunverici mənə dedi ki, Amerika Konqresinin nümayəndə heyəti Zelenskiyə ondan imzalamasını istədikləri sənəd verib. Bu sənəd Amerikaya Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verəcəkdi”, - deyə jurnalist bildirib.

Eyni zamanda, “Reuters” mənbəyə istinadən qeyd edib ki, Ukrayna lideri hiss edib ki, ondan oxumaq imkanı olmayan bir şeyi əsassız olaraq imzalamağı xahiş edirlər.

“Zelenski Amerika nümayəndələri ilə Ukrayna Konstitusiyasına uyğun olaraq hazırlanmış mədən sazişi ilə bağlı öz təklifini də müzakirə edib”, - nəşr qeyd edib.

Amerika senatoru Brayn Şatz Münhendə Zelenski ilə görüşdən sonra Amerika Prezidenti Donald Trampın təklifinin təkmilləşdirməyə ehtiyacı olduğunu deyib. Lakin detallar barədə danışmaqdan imtina edib. O, həmçinin bildirib ki, Zelenskinin sövdələşmənin birtərəfliliyi ilə bağlı iddiaları ədalətlidir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar