SON XƏBƏRLƏR

KİV: çərşənbə axşamı Ukrayna müharibəsi ilə bağlı Amerika-Rusiya görüşü gözlənilir

2025.02.17, 11:10
KİV: çərşənbə axşamı Ukrayna müharibəsi ilə bağlı Amerika-Rusiya görüşü gözlənilir

Çərşənbə axşamı Ukrayna müharibəsi ilə bağlı Amerika-Rusiya görüşü gözlənilir.

Gunaz.tv

Birbaşa məlumatı olan iki mənbə bildirib ki, Amerika və Rusiya yüksək rütbəli rəsmiləri arasında Ukraynadakı müharibəyə son qoyulması və Tramp-Putin sammitinə hazırlıqla bağlı nəzərdə tutulan görüş çərşənbə axşamı Səudiyyə Ərəbistanında baş tutacaq.

Bu görüşün keçən həftə prezident Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığıdan sonra Amerika-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində daha bir mühüm addım olacaq.

Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə elçi Stiv Vitkoff daxil olacaq.

Eyni zamanda, bu görüş Kiyevin narazılığına səbəb olub. Çünki Ukrayna Amerikanın onunla məsləhətləşmədən Rusiya ilə razılaşacağından narahatdır. Ukrayna prezidenti Zelenskinin bildirdiyinə görə, Ukrayna bu görüşə dəvət edilməyib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar