SON XƏBƏRLƏR

İranlı deputatlar Əhmədinejadı təbrik etməkdən imtina etdilər

2021.10.20, 07:36
İranlı deputatlar Əhmədinejadı təbrik etməkdən imtina etdilər

Gunaz.tv
Parlamentin 105 deputatı təntənəli tədbirə qatılmaqdan imtina edib İran parlamentinin 100-dən çox deputatı Mahmud Əhmədinejadın prezident seçilməsi ilə bağlı təntənəli qəbul mərasiminə qatılmaqdan imtina edib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, onlar hakimiyyətin dinc nümayişçilərə divan tutmasına bu yolla etiraz ediblər. İyunun 24-də keçirilən təntənəli şam yeməyinə parlamentin 290 üzvünün hamısı dəvət edilib. Amma 105 deputat tədbirə qatılmayıb. Ekspertlər bildirirlər ki, bu cür kütləvi imtina prezident seçkilərindən sonra ölkədə həqiqətən də çox ciddi qarşıdurma yarandığını göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar