SON XƏBƏRLƏR

Əhmədinejad Barak Obamaya məsləhət verdi

2021.10.20, 07:36
Əhmədinejad Barak Obamaya məsləhət verdi

Gunaz.tv
İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanı sabiq prezident Buşun atdığı səhv addımları təkrarlamamağa çağırıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb. "Əgər İngilis və bir neçə Qərb ölkəsi ötən günlərdə son hadisələrlə bağlı hansısa addımlar atıblarsa onların bu addımı gözlənilən idi. Onların öz xalqları arasında belə hörmətləri yoxdur. Onlar siyasi geridə qalmışlardır, lakin ABŞ prezidenti nəyə görə Corc Buşun sözlərini təkrarlayır?", -deyə Əhmədinejad cümə axşamı İranın Usluviyyə şəhərində "Mehr" neft-kimya zavod kompleksinin açılış mərasimində çıxışı zamanı bildirib. Əhmədinejad Obamaya Buşun atdığı səhv addımları atmamağa və öz siyasətlərində dəyişiklik etməyə çağırıb. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar