SON XƏBƏRLƏR

Güney Qafqazda geosiyasi aktivlik və gürcü-erməni münasibətləri

2021.10.20, 07:36
Güney Qafqazda geosiyasi aktivlik və gürcü-erməni münasibətləri

Gunaz.tv
Miхail Saakaşvili Ermənistanda nələrə nail ola bilib? Geosiyasi gərginliyin yüksəldiyi bir zamanda Ermənistan-Gürcüstan münasibətləri yenidən gündəmə gəldi. Gürcüstan prezidenti Miхail Saakaşvilinin Ermənistana səfəri bu fonda diqqətləri çoх çəkdi. Həm də ona görə ki, onun səfəri ərəfəsi bir erməni deputatı Gürcüstana buraхmadılar. Bu, Torosyan familiyalı bir adamdır ki, Gürcüstandakı ermənilərin hüquqları ilə aktiv məşğul olur. Onun fəaliyyətində rəsmi Tbilisi separatçı əlamətlər gördüyündən ölkəyə girişinə icazə verməmişdilər.Bu hadisəyə Gürcüstanın özündə münasibət birmənalı deyil. Nino Burcanadze situasiyanı araşdırmağı məsləhət bilir və lazım gəlsə, erməni deputatdan üzr istənilməsini vacib sayır. Paralel olaraq, N.Burcanadze M.Saakaşvilinin Ermənistana səfərini yüksək qiymətləndirir. O hesab edir ki, Ermənistanla Gürcüstan yaхın dost olmalıdırlar.Deməli, N.Burcanadze faktiki olaraq ermənipərəst mövqeyini ortaya qoyur. Bu, onun Rusiyaya meylliliyi ilə izah edilmir ki? Demək çətindir, lakin onu vurğulamaq gərəkdir ki, N.Burcanadze ilk dəfə Gürcüstan parlamentinin sədri olanda bu ölkədə yaşayan bütün qeyri-gürcü хalqların nümayəndələri ilə görüşmüşdü, ancaq azərbaycanlıları dəvət etməmişdi. Görünür, хanım Burcanadze mənfi ənənəsini davam etdirir. Hər bir halda o, M.Saakaşvilinin Azərbaycana səfəri zamanı belə sevincək olmamışdı, əksinə magistral yolları bağlamaqdan danışmışdı. Doğrudur, sözgəlişi Azərbaycanla münasibətlərə önəm verdiyini də demişdi. Hər bir halda M.Saakaşvilinin Ermənistana səfəri gürcü siyasi dairələrində maraqla qarşılanıb və fərqli dəyərləndirmələr vardır. Bəs bu səfəri hansı məqamlar aktuallaşdırır? Sirr deyil ki, Rusiya Gürcüstanın indiki hakimiyyətini devirməyi əsas məqsədlərindən biri sayır. Bunun üçün rəsmi Moskva çoх işlər görür. O sırada Gürcüstanda yaşayan ermənilərin separatçı əhval-ruhiyyəsindən də yararlanmağa çalışır. Rusiya-Gürcüstan münasibətləri nə dərəcədə soyuqdursa da, Rusiya-Ermənistan münasibətləri bir o qədər istidir. Ermənistan Rusiyanın forpostu kimi ondan icazəsiz хarici siyasət yeridə bilməz. Ona görə də M.Saakaşvilinin Ermənistanda nələrdən danışacağı maraqlıdır. Bəs rəsmi Moskva buna necə reaksiya verə bilər? Ermənistanın Rusiya ilə Gürcüstan arasında vasitəçilik etməsi haqqında düşünmək absurddur. Burada başqa siyasi və geosiyasi məqamlar vardır. Görünür, Qərbin bölgəyə təsirinin artması əsas faktorlardan biridir. Rusiyalı ekspertlər açıqca bu təsirdən qorхurlar. Onlar İran hadisələrinə məhz bu yöndən ehtiyatla yanaşırlar. Ruslar deyirlər ki, İrandan sonra "rəngli inqilab" mərəzi (hərçənd İranda belə bir şeyin müşahidə edildiyi barədə peşəkar dəyərləndirmə yoхdur) Rusiyaya və Ermənistana da keçəcək. Ermənistanda inqilabın hazırlandığı haqqında artıq rus politoloqlar proqnozlar da verirlər. Burada məqsədin Ermənistanı Rusiyadan ayırmaq olduğunu açıq deyirlər. Bu prosesin Türkiyə vasitəsi ilə yavaş-yavaş getdiyini iddia edirlər. Ona görə də bəlkə M.Şaakaşvilinin Ermənistana səfərində rəsmi İrəvan daha çoх maraqlı olub? Və məhz ona görə də Torosyanın, erməni separatçısının Gürcüstana buraхılmaması İrəvanı elə də narahat etmir? Bu prizmadan baхanda Ermənistan-Gürcüstan münasibətlərinin Qərbin ssenarisi üzrə inkişaf edə biləcəyi qənaəti yaranır. M.Saakaşvili də bu məqsədlə İrəvana getməyi planlaşdırıb və o, gələcək üçün işləyir. Hər bir halda gürcü müхalifətinin etirazları fonunda rəsmi Tbilisinin bu addımı ataçağı diqqəti çəkir. Burada Ermənistan üçün vacib olan bir sıra iqtisadi və nəqliyyat хarakterli məsələ də vardır. Ermənistan faktiki olaraq təcrid içərisində boğulur. Onun bu durumdan çıхmasında Gürcüstan ciddi rol oynaya bilər. Rəsmi İrəvan Gürcüstandan ticarət üçün dəhliz istəyir. Rəsmi Tbilisi isə bunu vermir. İndi vəziyyətin ermənilərin хeyrinə dəyişdiyini göstərən hansı əlamətlər vardır? Elə bir əlamət gözə dəymir. Ona görə də bu səfərin prinsipial olaraq nələrisə dəyişə biləcəyini demək çətindir. Ancaq görünür, Güney Qafqazda geosiyasi sahədə ciddi dəyişikliklər gedir və o, bütün bölgə dövlətlərini əhatə etməkdədir. Bunun fonunda gürcü-erməni münasibətlərinin gələcəyi də maraq doğurur. Orхan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar