SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ YENİ AKSİYALAR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ YENİ AKSİYALAR

Gunaz.tv
Prezident seçkisi nəticələrinin ləğvi tələbi ilə iyunun 24-də İran parlamenti qarşısında keçirilən aksiyada yüzlərlə vətəndaşın həbs edildiyi, onlarla şəxsin yaralandığı barədə məlumat yayılıb. Aksiyada 19 yaşlı bir qızın da başından güllə yarası aldığı vurğulanır. aksiyaçılar dinc şəkildə deputatların çölə çıxıb onlarla görüşməsini tələb etsələr də, silahlı hökumət qüvvələrinin və mülki geyimli polis əməkdaşlarının qəfil hücumuna məruz qalıblar. Aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edilib. Bildirilir ki, polis zorakılığından qəzəblənən aksiyaçılar “Allahu əkbər”, “Musəvi, Musəvi, səni dəstəkləyirik”, “Diktatora ölüm”, və “Bəsic” cinayət edir, rəhbər də dəstək verir” şüarları səsləndirərək polisə qarşı daş atmaqla müqavimət göstərməyə başlayıblar. Məlumatda özəl polis qüvvələrinin bir qadını piyada körpüsündən aşağı tulladığı, vurğulanır. Aksiya dağıdıldıqdan sonra evlərinə qayıdan nümayişçilərin damlara çıxaraq bir saata qədər “Allahu əkbər”, “Diktatora ölüm” və “İslam Respublikasına ölüm” şüarları səsləndirdiyi bildirilir. Damlardakı şüar aksiyalarının digər şəhərlərdə, o cümlədən Təbriz və İsfahanda da keçirildiyi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar