SON XƏBƏRLƏR

İSVEÇLİ PARLAMENTAR və AZƏRBAYCANLI DEPUTAT AŞPA-nın SESSİYASINDA ERMƏNİSTANI HƏDƏFƏ GÖTÜRÜBLƏR

2021.10.20, 07:36
İSVEÇLİ PARLAMENTAR və AZƏRBAYCANLI DEPUTAT AŞPA-nın SESSİYASINDA ERMƏNİSTANI HƏDƏFƏ GÖTÜRÜBLƏR

Gunaz.tv
AŞPA-nın yay sessiyasının üçüncü iş günündə “Ermənistanda demokratik təsisatların fəaliyyəti” müzakirə olunub. AzərTAc-ın məlumatına görə, Jorj Kolombye və Con Preskottun səsləndirdikləri yumşaq məruzədən sonra söz alan İsveçdən olan Marietta de Purbaix-Lindin Ermənistanın ünvanına sərt ittihamlar səsləndirib, bu ölkənin demokratiyadan uzaq olduğunu, insanların təqib edildiyini, mətbuat və soz azadlığının boğulduğunu, prezident və Yerevan şəhər merinin seçkilərində saxtakarlığa yol verildiyini bildirib. Müzakirələr zamanı azərbaycanlı deputat Rafael Hüseynov çıxış edərək deyib: “Ermənistan artıq 9 ildir Avropa Şurasındadır. Adətən Avropa Şurasına demokratiya məktəbi deyilir. Arxada qalan 9 ildə Ermənistan bu demokratiya məktəbindən hansı dərsləri alıb, 9 il ərzində Ermənistan daha sivil, daha qanuni, insan haqlarına hörmət bəsləyən bir dövlətə çevrilmək yolunda hansı tərəqqiyə nail olub, öz xalqını daha firavan, qonşuları ilə münasibətlərini daha ədalətli qurmaqdan ötrü hansı səyləri göstərib? Təəssüf ki, bu suallara müsbət cavab vermək, Ermənistanın 9 il ərzində Avropa Şurası ailəsinə layiq bir üzvə çevrilmək istiqamətində ciddi işlər görməsi haqda söz söyləmək çətindir. Ermənistan 2001-ci ildə bu mötəbər quruma qurumun bütün tarixi ərzindəki ilk işğalçı dövlət kimi qəbul edilib. Həm də paradoksal cəhət bu idi ki, Ermənistan Avropa Şurasının üzvü olan digər dövlətin 20 faiz ərazisini işğal edib. Adi məntiqlə gərək Ermənistan belə ləkəli reputasiyası ilə o vaxt heç Avropa Şurasına qəbul edilməyəydi. Lakin münaqişəni tezliklə və sülh yolu ilə həll etmək şərti ilə qəbul edildi. Ermənistan nəinki işğala son qoyaraq zəbt etdiyi əraziləri boşaltdı, əksinə, indi də yeni ərazi iddiaları, yeni təcavüz planları cızmaqdadır”. Azərbaycanlı parlamentar Ermənistanın polis rejiminə çevrildiyini qeyd edib: “Ermənistan terrorizmi özünün dövlət siyasətinə döndərib. Bu gün ölkə həbsxanaları siyasi məhbuslarla doludur. Ermənistanda söz, mətbuat azadlığı yoxdur. Avropa Şurasına üzv olduğu müddətdə Ermənistanda bircə dəfə olsa belə demokratik meyarlara uyğun gələn seçkilər keçirilməyib. Bu 9 ildə Ermənistanda qanunların, o cümlədən konstitusiyanın davamlı və kobud şəkildə pozulması adi normaya çevrilib. Son 9 ildə Ermənistana rəhbərlik etmiş prezidentərin hər ikisi bu kürsünü qeyri-qanuni tutub. Çünki onların heç biri Ermənistan vətəndaşı deyil. Onların hər ikisi də Azərbaycana məxsus Dağlıq Qarabağdandırlar. Deməli, Azərbaycan vətəndaşlarıdır və rəsmən hələ ki, bu vətəndaşlıqdan çıxmayıblar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar