SON XƏBƏRLƏR

Traxturun oyunçusu meydanda Azərbaycan rəqsi etdi

2025.02.19, 11:26
Traxturun oyunçusu meydanda Azərbaycan rəqsi etdi

Traxturun oyunçusu qol sevincini Azərbaycan rəqsi ilə qeyd edib.

Gunaz.tv

Azərbaycanın Traxtur komandasının azərbaycanlı hücumçusu Əmirhüseyn Hüseynzadə dünən komandasının Bəhreynin “Əl-Xalidiya” komandasının qapısına vurduğu ilk qoldan sonra komandasının futbolçularından onun üçün əl çalmalarını istəyib, daha sonra o qol sevincini Azərbaycan rəqsi ilə qeyd edib.

Bu hərəkətinin səbəbi ilə bağlı Hüseynzadə deyib: “Mən əslən türkəm və Ərdəbildənəm, amma Tehranda doğulmuşam. Uşaqlıqdan ailəmdə valideynlərimlə türkcə danışırdım və türk mədəniyyətinə həmişə özəl marağım olub. Təbrizdə özümdən gözəl bir xatirə buraxmaq mənim üçün vacib idi və qoldan sonrakı bu sevinc də tamamilə ürəkdən idi, bunu etmək istədim.” - deyə futbolçu bildirib.

Qeyd edək ki, Traxtur komandasının hücumçusu Əmir Hüseyn Hüseynzadə səkkizinci qolunu vuraraq Asiya çempionlar liqasında bombardirlər cədvəlinin zirvəsindəki mövqeyini möhkəmləndirib və bu mənada komandasının bir nömrəli oyunçusu olub.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar