SON XƏBƏRLƏR

İsrailə görə ərdəbilli həbs edildi

2025.02.19, 13:00
İsrailə görə ərdəbilli həbs edildi

İran təhlükəsizlik məmurları Ərdəbil şəhərində adı açıqlanmayan şəxsi İsrailə əlaqə ittihamına görə həbs edib.

Gunaz.tv

Bu barədə  Ərdəbil Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

"Dəqiq kəşfiyyat müşahidələrindən sonra sionist rejimlə əlaqəsi olan səltənətçi şəxs həbs edilib",- məlumatda bildirilib.

Bildirilib ki, saxlanılan şəxs dinini dəyişib, bunu təbliğ edib və sosial media vasitəsilə İsrailin əməllərini dəstəkləyib.

Kimliyi açıqlanmayan şəxsə qarşı "islam müqəddəslərini təhqir və alimləri təhdid etmək"-də günahlandırıldığı qeyd olunub.

Onun hansı tarixdə həbs edildiyi və harada saxlanıldığı barədə məlumat verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar