SON XƏBƏRLƏR

Ərdəbildə Türkcə Kitabların Paylanması dəvəm edir

2025.02.19, 21:09
Ərdəbildə Türkcə Kitabların Paylanması dəvəm edir

Azərbaycan Milli Hərəkatının fəalları, ana dilinin əhəmiyyətini vurğulamaq və bu dilin təhsilində dəstək vermək məqsədilə, bu gün Ərdəbil şəhərində, ana dilinin önəmini artırmaq üçün Türk dilində kitabların paylanmasına davam etmişlər.

Gunaz.tv

Bu təşəbbüs, uşaqlara və tələbələrə Türk dilində şeir və nağıl kitablarının verilməsi ilə, ana dilinin öyrənilməsinin və təhsilindəki əhəmiyyətini izah etmək məqsədini daşıyır.

 

Azərbaycanlılar İran daxilində bir çox hüquqlardan məhrum olduqları kimi, öz ana dillərində təhsil almaq, öz dilində mətbuat və televiziya izləmək və daha bir çox digər hüquqlardan istifadə etmirlər. Hətta bəzi valideynlər öz uşaqlarına Türk adı seçmək hüququndan belə məhrumdur.

 

21 Fevral tarixini UNESCO, Dünya Ana Dili Günü olaraq qeyd etmişdir ki, bu da ana dilinin tədrisinin əhəmiyyətinə diqqət çəkmək və dövlətləri bu sadə insanlıq hüququnu tətbiq etməyə məcbur etmək məqsədini güdür.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar