SON XƏBƏRLƏR

Kürd diasporu Rusiya hökumətinə müraciət edib

2021.10.20, 07:36
Kürd diasporu Rusiya hökumətinə müraciət edib

Gunaz.tv
Kürdlər Moskvanın Türkiyəyə «Mi-28 N» hərbi vertolyotlarını satmaq planından narahatdır Rusiyadakı müxtəlif kürd dərnəkləri Moskvanın Türkiyəyə «Mi-28 N» modelli gecə hücum vertolyotu satmaması üçün yazılı şəkildə müraciət edib. ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi məlumata görə, müraciətdə Rusiyada yaşayan kürdlərin vertolyot satışı planlarından narahat olduğu bildirilib. «Vertolyot satışı ilə əlaqədar iyunun 17-də Türkiyə Müdafiə Nazirliyinin səlahiyyətli ekspertləri «Rosoboroneksport» şirkəti ilə görüşmək üçün Moskvaya gəlib. Türkiyə «Mi-28N» döyüş vertolyotlarını kürd xalqına qarşı mübarizədə istifadə etməyi planlaşdırır. Kürd xalqı isə kürd probleminin demokratik şəkildə həllinə tərəfdardır. Sırf buna görə ABŞ rəhbərliyi öz müttəfiqi Türkiyəyə buna bənzər «Cobra» vertolyotunu satmaqdan imtina etdi»,-deyə kürdlərin müraciətində vurğulanıb. Kürdlər həmçinin rəsmi Moskvanın "kürd problemi" ilə bağlı siyasətindən narazı qaldıqlarını ifadə edib: «Çox təəssüf ki, Rusiya Federasiyası hələ də kürd problemi ilə əlaqədar öz siyasətini ortaya qoymayıb». Müraciyət Dünya Kürd Cəmiyyət Birlikləri Dərnəyi, Rusiya Federasiyası Milli Federal Kürd Dərnəyi, Rusiya Yezidi Kürdləri Birliyi, Moskva Bölgəsi Milli Mədəni Kürdlər Birliyi və "Svobodnıy Kürdüstan" (Azad Kürdüstan) qəzeti tərəfindən imzalanıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar