SON XƏBƏRLƏR

MEHDİ KƏRRUBİ: “ƏHMƏDİNEJAD HÖKUMƏTİNƏ DƏSTƏK VERƏNLƏR “TALİBAN” İSLAMINI YAYANLARDIR”

2021.10.20, 07:36
MEHDİ KƏRRUBİ: “ƏHMƏDİNEJAD HÖKUMƏTİNƏ DƏSTƏK VERƏNLƏR “TALİBAN” İSLAMINI YAYANLARDIR”

Gunaz.tv
Mehdi Kərrubi İyunun 12-də keçirilmiş prezident seçkisində namizəd olmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi İran Dövlət Teleradio Şirkətinin rəhbəri İzzətullah Zərqamiyə məktub yazaraq dövlət televiziyasının seçkidən sonra baş verənləri birtərəfli işıqlandırmasına kəskin etiraz bildirib. məktubda dinc aksiyaçılara qarşı qərəzli məlumatların yayılması pislənir: “Sizcə, seçki saxtakarlığına dinc etiraz bildirərkən mülki geyimli hökumət qüvvələrinin döydüyü, təhqir etdiyi və ya silahlı qüvvələrin qətlə yetirdiyi insanlarla bağlı qərəzli və tamamilə səhv xəbərlərin yayılması Dövlət Teleradio Şirkətinin milli vəzifələrindən sayılırmı? Mülki geyimli məmurların universitetlərdə dinc aksiya keçirən tələbələrə hücumunu nəzərə almadan yaranmış zorakılıqları seçki saxtakarlığına sivil yolla etiraz bildirənlərə bağlamaq teleradio şirkətinin milli vəzifələrindən sayılırmı?” M.Kərrubi İran prezidenti Mahmud Əhmədinejadın yaxın adamlarından olan İ.Zərqamini və digər sağçı mühafizəkarları həqiqəti ört-basdır edərək “Taliban” islamını yaymaqda günahlandırıb: “Bu gün Əhmədinejad hökumətinə dəstək verənlər mürtəce, geridə qalmış və “Taliban” islamını yayanlardır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar