SON XƏBƏRLƏR

İRANIN İLK BAŞ NAZİRİNİN OĞLU DİNİ RƏHBƏRƏ AÇIQ MƏKTUB ÜNVANLAYIB: “GETDİYİNİZ YOL ŞAHIN GETDİYİ YOLDUR”

2021.10.20, 07:36
İRANIN İLK BAŞ NAZİRİNİN OĞLU DİNİ RƏHBƏRƏ AÇIQ MƏKTUB ÜNVANLAYIB: “GETDİYİNİZ YOL ŞAHIN GETDİYİ YOLDUR”

Gunaz.tv
Əbdüləli Bazərqan 1979-cu il İran inqilabının qələbəsindən sonra hökumətdə ilk baş nazir olmuş mühəndis Mehdi Bazərqanın oğlu, İran Azadlıq Hərəkatı idarə heyətinin üzvü Əbdüləli Bazərqan dini rəhbər ayətullah Əli Xamneyiyə açıq məktub yazaraq seçki nəticələrinə etiraz edənlərə divan tutulmasına kəskin etiraz bildirib. “Media forum” saytının məlumatına görə, məktubda deyilir: “Cənab Xamneyi! Sizin tərəfdarlarınız hansı dəlil və meyarla seçkidə xəyanət edənlərə qarşı dinc aksiya keçirənləri qətlə yetirir və bunu müqəddəs addım kimi qiymətləndirirlər? Sizin öz səriştəsizliyi ilə ölkəni uçuruma gətirib çıxaran Əhmədinejada dəstək verməyiniz hansı məntiqə əsaslanır?” Dini lider son günlər vətəndaşların qırdırılmasında iştirakda günahlandırılıb: “Cənab Xamneyi! Seçkidəki saxtakarlıqlara etiraz bildirən və dinc aksiya keçirən tələbələrin və digər vətəndaşların qətlə yetirilməsi sizin birbaşa əmrinizlə həyata keçirilib. Bu gün milyonlarla iranlı istər-istəməz sizi seçkidə açıq-aşkar saxtakarlıq etmiş Əhmədinejada və onun adamlarına dəstək verməkdə günahlandırır, küçədəki qarşıdurmalarda vətəndaşların qırdırılmasının əsas səbəbkarı kimi tanıyırlar. Məhz buna görə də onlar sizin istibdada söykənən ədalətsiz və birtərəfli siyasətinizi məhkum edir, rəhbərlik üçün səlahiyyətinizi inkar edirlər. Sizin mütləqiyyətə söykənən hakimiyyətinizdə günahsız ola-ola qətlə yetirilən insanların qan pulu hələ kənara qalsın, meyitini də valideynlərinə təhvil vermirlər ki, onlar rahat yas saxlaya bilsinlər. Sizin iddia etdiyiniz islamdakı mehribanlıq, rəhm və şəfqət budurmu? Bizim vətənimiz 25 əsrdən artıqdır ki, müxtəlif sultanlarla şahların sülalələrinin hegemonluğu və zülmü altında yaşayıb. Təəssüflər olsun ki, sizin də bu gün getdiyiniz yol keçmiş şahın getdiyi yoldur. Şah xalqın inqilab səsini çox gec və yalnız o zaman eşitdi ki, artıq “Şaha ölüm” şüarları bütün ölkəni bürümüşdü”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar