SON XƏBƏRLƏR

İran rejimi Azərbaycan mediasını hədəf aldı

2025.02.20, 12:41
İran rejimi Azərbaycan mediasını hədəf aldı

"Global" Media Qrupuna haker hücumu olub.

Gunaz.tv

"Global" Media Qrupuna daxil olan  "Report" İnformasiya Agentliyinin saytı, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Baku.ws" xəbər saytına giriş müvəqqəti olaraq məhdudlaşıb.

Musavat.com isə xəbər verir ki, Report İnformasiya agentliyin əsas səhifəsində "Azərbaycan İslam Müqavimət hərəkatı", Hüseynçilər, "Tezliklə" sözləri qeyd olunmuşdur. Hal-hazırda müvafiq tədbirlər davam edir. "Baku TV" yayım portalının rəsmi saytında texniki işlərin aparıldığı qeyd olunub: "Serverlərdə texniki səbəblərə görə agentliyin saytı bir müddət yenilənməyəcək."

Onu da qeyd edək ki, Hüseynçilər — Azərbaycanı İslam Respublikasına çevirmək məqsədi daşıyan  şiə islamçı antihökumət və terror təşkilatıdır. Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar