SON XƏBƏRLƏR

İRAN PARLAMENTİ QARŞISINDA GÜLLƏ SƏSLƏRİ

2021.10.20, 07:36
İRAN PARLAMENTİ QARŞISINDA GÜLLƏ SƏSLƏRİ

Gunaz.tv
Bu gün minlərlə aksiyaçı İran parlamenti qarşısındakı Baharistan meydanına toplaşaraq 12 iyun prezident seçkisinin nəticələrinin ləğv edilməsini tələb ediblər. “Media forum” saytının məlumatına görə, seçki nəticələrinə etiraz bildirənlərin dinc aksiyası bir saat əvvəl silahlı hökumət qüvvələrinin və mülki geyimli polis əməkdaşlarının hücumuna məruz qalıb. Hökumət qüvvələrinin aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəkdən istifadə etdiyi, meydana yaxın bəzi küçələrdə isə mütəmadi olaraq güllə səsləri eşidildiyi bildirilir. 19 yaşlı bir qız güllə yarası alıb. Son məlumatda atışmalar gedən küçə və meydanlarda bütün mağazaların bağlandığı, İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) məxsus bir neçə vertolyotun vəziyyəti havadan nəzarət altında saxladığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar