SON XƏBƏRLƏR

Ya Hüseyn, Ya Mirhüseyn

2021.10.20, 07:36
Ya Hüseyn, Ya Mirhüseyn

Gunaz.tv
MUSƏVİ TARANA GEDİR Onun tərəfdarları “” şüarı qaldırıblar Bu gün İran parlamentinin qarşısında möhtəşəm etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Bu barədə redaksiyamıza İrandakı mənbələrdən məlumat daxil olub. Verilən informasiyaya görə, İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin adından xalqa müraciət yayılıb və xalq nümayişə çağırılıb. Liderlər xalqın haqsızlığa qarşı daha da səfərbər olaraq, mübarizəni haqq-ədalət qalib gələnə qədər davam etdirməyi vacib sayıblar. Müraciətdə bildirilib ki, Müsəvi etiraz aksiyasına şəxsən və ailə üzvləri ilə birlikdə qatılacaq. Bu xəbər etirazçılar kütləsini, islahat tərəfdalarını riqqətə gətirib və onlar “Ya Hüseyn, ya Mirhüseyn” kimi təsirli dini şüarlar səsləndirib, uyğun transparantlar hazırlayıblar. Buna cavab olaraq ETTELAAT rəsmiləri bildiriblər ki, İran parlamentinin qarşısında keçirilən aksiyada xalq tökülən qanlara görə Musəvidən hesabat istəyəcək. Məlumatda molla rejiminin bu yolla Müsəvini növbəti dəfə qorxutmaq istədiyi bildirilir. Onu da qeyd edək ki, hakimiyyət gözlənilən etiraz aksiyasının dağıdılması üçün hazırlıq görür, əlavə qüvvələr səfərbər edir. Bu baxımdan bu gün axşam Tehran küçələrində böyük gərginlik gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar