SON XƏBƏRLƏR

NASA Urmu gölünün son görüntüsünü yayıb

2025.02.22, 11:08
NASA Urmu gölünün son görüntüsünü yayıb

Buludlar Urmu gölündən yan keçir.

Gunaz.tv

NASA-nın  paylaşdığı Urmu gölünün son görüntüsü göl ilə bağlı narahatedici bir faktı üzə çıxarıb. Görüntülərə əsasən, buludlar Urmu gölündən yan keçir. Bu da gölə yağıntı düşməməsi deməkdir.

Şərqi Azərbaycan Əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri, ətraf mühit fəalı Dr. Əhməd Baybordi bu barədə öz sosial media hesabında yazıb:

"İndiyə qədər yağıntıların olmaması ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb, bütün bunları nəzərə almağa dəyər, lakin dəqiq olan odur ki, gölün quruması bu dəyişikliklərin əsas səbəbidir. Biz ətraf mühitin rütubətini artırmağa diqqət yetirməliyik." - deyə Bayburdi bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar