SON XƏBƏRLƏR

Iran üsyanının Nidası…

2021.10.20, 07:36
Iran üsyanının Nidası…

Gunaz.tv
Bu gün bütün dünya 26 yaşlı üsyankardan danışır Onu susdura bilmədilər… Artıq 12 gündür ki, Iranı bürüyən üsyan bütün dünyanın diqqətini bu ölkəyə çəkib. 26 yaşlı Nida isə üsyanın simvolu oldu. 1979-cu ildə Şahı devirən şiələrin yas mərasimi sanki bu gün canlanır. Bu mərasim keçən cümə ertəsi gülləylə sinəsindən vurulub öldürülən və şəhid elan edilən 26 yaşlı Nida üçün dünən başladı. Bilirsiz ki, şiə məzhəbinə məxsus olanlar Həzrəti Hüseynin 3 və 7 mərasimlərini bu günə qədər böyük törənlərlə qeyd edirlər. Bu gün Iranda üsyankar bir xanımın ölümünü, bax, bu səviyyədə keçirirlər. O, da həmin gün atası ilə üsyana qalxmış xalqına qoşuldu. Elə atasının qollarında da can verdi. Əhmədinecat rejiminin polisləri haqqını istəyən gözəl bir xanımın düz ürəyini nişan aldı. Nidanın ölümü internetdə rekord vurdu Ölüm anı anbaann telefon kamerasına köçürülən Nidanın bu görüntüləri internetdə ən çox axtarılan mövzu kimi rekord vurdu. Bəli, bütün dünya bu vəhşəti izlədi. Əhmədinecat isə hiyləylə qazandığı prezidentliyini rəsmiləşdirməyə tələsir. Yaxın günlərdə andiçmə mərasimini təşkil edəcəyini deyən Əhmədinecatı bu münasibətlə özü kimi rejim başçıları təbrik edib. Bundan ürəklənən Iran rejiminin lideri Əhmədinecat əzizini itirmiş insanların ürəyinə dağ çəkən bəyanat verib: “Hər cür etiraz rədd ediləcək!” 26 yaşında ürəyindən güllə ilə vurularaq qanına qəltan edilən Nida isə dünya mətbuatının manşetlərini bəzəyir. Tapdanmış haqqın uğrunda üsyan edərkən öldürülmək başı əmmaməli, əli təsbehli min il yaşamaqdan daha şərəflidir. Bunu da bütün dünyada yaşayan iranlılar bağırdı. Bu gün bütün dünya Irandan danışır, bütün dünya güllələnmiş Nidanın başıaçıq şəkillərini yayır. Bütün dünyada yaşayan iranlılar Nidanın qanına boyanmış şəklini əlinə alıb bu üsyana dəstək verir. Cümə ertəsi öldürülən 13 nəfərdən biri olan Nida Sultani öz ölümü ilə Əhmədinecat rejimini üşütdü. Ötən gün torpağa tapşırılan Nidanın dəfn mərasimindəki izdiham bir daha xalq birliyinin gücünün sarsılmaz olduğunu göstərdi. Yas mərasimi iştirakçıları isə Nidanın 40 mərasiminə qədər etiraz aksiyasını davam etdirəcəklərinə söz verdilər. Öldürüldüyü küçəyə Nidanın adı verildi Mərasim iştirakçıları Həzrəti Hüseynin “Ədalətsizliklə yaşamaqdansa onunla mübarizə edərkən ölmək daha şərəflidir” kəlamını şüar ediblər. Vaxtilə bu şüarı Rza şah Pəhləvini devirərkən də şüar etmişdilər. 1978-ci ilin yanvar ayında baş verən ilk etiraz aksiyası zamanı 2 nəfər öldürülmüşdü. 40 gün ərzində davam edən yas törənləri isə bir ildən sonra Rza Şahın devrilməsinə gətirib çıxardı. Nidanın öldürüldüyü küçəyə isə onun adı verildi. Nidanı öldürdülər, səsi isə hayqırır Bir anda həyatını qurban verdiyi üsyanın simvoluna çevrilən Nidanı bütün dünyada dəstəkləyənlər “Nidanı öldürdülər, səsi isə hayqırır”, “Nida hər kəsin dostu, hər kəsin özgürlük izidir” hayqırdılar. Nidanı öldürdülər, adı isə qaldı, vaxtilə Iranda fırtına qoparan Telli Zərrin kimi. Iranda isə üsyan davam edir, hazırda 470 nəfərdən çox etirazçı həbsxanalara atılıb. Hazırladı: Arzu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar