SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİNİN BURAXDIĞI QƏZETİN 25-dən ÇOX ƏMƏKDAŞI HƏBS EDİLİB

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİNİN BURAXDIĞI QƏZETİN 25-dən ÇOX ƏMƏKDAŞI HƏBS EDİLİB

Gunaz.tv
Mirhüseyn Musəvi İyunun 12-də keçirilmiş prezident seçkisinə namizəd Mirhüseyn Musəvinin ay yarımdır buraxdığı “Kələme-ye səbz” (Yaşıl söz) qəzetinin 25-dən çox işçisi həbs edilib. iyunun 23-nə keçən gecə mülki geyimli silahlı polis əməkdaşları qəzetin redaksiyasına gələrək 25-dən çox qəzet əməkdaşı və jurnalisti bilinməz istiqamətə aparıblar. Qəzetin baş redaktoru və Musəvinin baş nazirliyi dövründə onun müşavirlərindən olmuş Əlirza Beheşti və oğlu da həbs edilənlər arasındadır. Silahlı mülki geyimli polis əməkdaşlarının redaksiyada geniş axtarış apardığı, bir sıra sənəd və kompüter disklərini də müsadirə etdiyi vurğulanır.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar