SON XƏBƏRLƏR

ABŞ ilə Qırğızıstan sövdələşiblər

2021.10.20, 07:36
ABŞ ilə Qırğızıstan sövdələşiblər

Gunaz.tv
Bu razılığa əsasən Qırğızıstan Amerika hərbiyyəsinə hava bazasından istifadəyə davam etməyə icazə verəcək. Bu bazadan Əfqanıstandakı beynəlxalq qüvvələri təchiz etmək üçün istifadə edilir. Qırğız hakim dairələri amerikalıları Manas hava limanını tərk etməyə çağırmışdılar. Amma indi onlar deyirlər ki, amerikalılar bu bazadan istifadəni davam etdirə bilərlər. Onlar bir şərt də qoyublar ki, bazadan əməliyyatlarda istifadə olunmayan təchizat mallarının nəqli üçün istifadə edilməlidir. Qırğız parlamenti bu sövdələşməni bu gün müzakirə edəcək. Müxbirlər deyirlər ki, ABŞ bazadan istifadə üçün illik ödənişi artırmağa razılıq verib. Bu məbləğ 20 milyondan 60 milyona qalxıb. Bu razılığa əsasən Qırğızıstan Amerika hərbiyyəsinə hava bazasından istifadəyə davam etməyə icazə verəcək. Bu bazadan Əfqanıstandakı beynəlxalq qüvvələri təchiz etmək üçün istifadə edilir. Qırğız hakim dairələri amerikalıları Manas hava limanını tərk etməyə çağırmışdılar. Amma indi onlar deyirlər ki, amerikalılar bu bazadan istifadəni davam etdirə bilərlər. Onlar bir şərt də qoyublar ki, bazadan əməliyyatlarda istifadə olunmayan təchizat mallarının nəqli üçün istifadə edilməlidir. Qırğız parlamenti bu sövdələşməni bu gün müzakirə edəcək. Müxbirlər deyirlər ki, ABŞ bazadan istifadə üçün illik ödənişi artırmağa razılıq verib. Bu məbləğ 20 milyondan 60 milyona qalxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar