SON XƏBƏRLƏR

Musəvini dəstəkləyən iranlı futbolçular millidən qovuldular

2021.10.20, 07:36
Musəvini dəstəkləyən iranlı futbolçular millidən qovuldular

Gunaz.tv
Hakimiyyət qəzeti 4 futbolçunun cəzalandırıldığını yazıb İranda keçirilən prezident seçkilərində məğlub olan namizəd Mirhüseyn Musəvini dəstəkləyən iranlı futbolçular milli komandadan qovulublar. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə hakimiyyətə yaxın “Iran Daily newspaper” qəzeti yazıb. Xatırladaq ki, İran milli komandasının bəzi futbolçuları Cənubi Koreya paytaxtında futbol oyunu zamanı meydana yaşıl qolbaqlarla çıxıblar və bununla da müxalifətlə həmrəy olduqlarını nümayiş etdiriblər. Yaşıl rəng isə seçki zamanı Mirhüseyn Musəvinin rəsmi təbliğat rəngi olub. Hazırda İran milli komandasının 4 üzvünün Musəvini dəstəklədiyinə görə komandadan qovulduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar